“Titanik” gəmisinin qalıqları ilk dəfə tam ölçüdə görüntüləndi – FOTO/VİDEO

519

Atlantik okeanında 3800 metr dərinlikdə yerləşən “Titanik” gəmisinin qalıqları ilk dəfə tam ölçüdə görüntülənib.

Bunun üçün ilk dəfə dəniz dərinliyinin kartoqrafiyası üçün tamölçülü rəqəmsal skanerdən istifadə edilib. Nəticədə gəminin unikal 3D görüntüsü ortaya çıxıb. Okean suyundan təmizlənmiş görüntülərdə “Titanik”in suyun altındakı görünüşü aydın şəkildə əks olunub. Skanerləmə nəticəsində, hətta pərvanələrdən birinin seriya nömrəsi də görünür.

Gəminin qalıqlarına zərər verməmək üçün komandaya detallara toxunulmasına icazə verilməyib.

Xatırladaq ki, 1912-ci ildə Sauthemptondan Nyu-Yorka doğru yola çıxan “Titanik” gəmisi aysberqə çırpılaraq iki hissəyə bölünüb və batıb. Qəza nəticəsində 1500-dən çox insan həlak olub.

2022-ci ildə “Magelann Ltd” və “Atlantic Production” tərəfindən gəminin skanerlənməsi üçün 200 saatdan çox vaxt sərf edilib. Hər istiqamətdən 700 mindən çox görüntü əldə edilib və 3D rekonstruksiya maketi yaradılıb.

https://baku.tv/embed/83173

Mənbə: Haber Global