Azərbaycanda dənizçiliklə bağlı yeni sayt fəaliyyətə başladı

973

Azərbaycanda dənizçilik sahəsində ixtisaslaşmış xəbər saytı olan allmarinenews.com fəaliyyətə başlayıb.

Sayt dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən allformarine.com adlı geniş platformanın tərkib hissəsi olacaq.

Azərbaycan, türk, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dənizçilik sahəsi ilə bağlı ölkədə və dünyada baş verən xəbərlərə də yer veriləcək. Bu sahə ilə bağlı olan bütün fəaliyyətlərin operativ və müntəzəm şəkildə işıqlandırılması təmin ediləcək.

Saytda, həmçinin dənizçilik sahəsi ilə bağlı müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq.

Source:allformarine.com