Süveyş kanalında yük gəmisi saydan çıxarılıb

477

Süveyş kanalında saya oturmuş “Xin Hai Tong 23” yük gəmisi müvəffəqiyyətlə saydan çıxarılıb.

“Report” “Leth” beynəlxalq dəniz agentliyinə istinadən xəbər verir ki, gəminin saydan çıxarılması əraziyə göndərilmiş yedək gəmiləri sayəsində mümkün olub.

Bildirilir ki, yük gəmisinin saya oturması daha bir neçə gəminin hərəkətində gecikməyə səbəb olub.