İrana gedən gəmi Volqa-Xəzər kanalında saya oturdu: Gəmilərin keçidi bağlandı

641
?????????????????????????????????????????????????????????

Həştərxandan İranın Əmirabad limanına gedən “Port Olya-2” gəmisi Volqa-Xəzər dənizi Naviqasiya Kanalında (VKMSK) saya oturub.

Hadisə nəticəsində gəmilərin keçidi bağlanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsi məlumat verib.

Bildirilir ki, insident kanalın 143-cü km-də qeydə alınıb. İranın Əmirabad limanına gedən gəmidə ekipajın sayı 14 nəfərdir. Gəminin dayaz yerdən çıxarılması üçün yedək gəmisinin göndərildiyi qeyd olunub.

Mənbə: TASS