CMS şirkəti Xəzər dənizinin sahilyanı ölkələrinin neft-qaz kampaniyalarına dəstək gəmilərini təqdim etməklə beynəlxalq layihələrdə iştirak edir.

581

Belə ki, keçən ilin noyabr ayından etibarən Qazaxıstan Respublikasının müvafiq şirkətləri ilə əldə edilən razılığa əsasən CMS-in idarə etdiyi gəmilər “Jenis” layihəsi üzrə əməliyyatlara cəlb edildilər. CMS-in lövbər əməliyyatı və yedək-təchizat gəmiləri olan “İslay” və “Jura” yedəkləmə əməliyyatı ilə “Dədə Qorqud” üzmə qurğusunu Azərbaycandan Qazaxıstan sularına çatdırdı və qurğunun lövbərlərinin düzülməsini həyata keçirtdi. Şirkətimizin idarə etdiyi “Savalan”, “Cəbrayıl” “Quba”və “Şahdağ” platforma-təchizat gəmiləri isə “Dədə Qorqud” üzmə qurğusunun texniki təchizatı, eləcə də Aktau şəhərindən üzmə qurğusuna və əks istiqamətdə işçi personalının daşınması üzrə istismara cəlb edildi.

Qış mövsümünün ağır hava şəraitinə baxmayaraq, gəmilərimiz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib layihə əməliyyatlarını təhlükəsiz, uğurla və vaxtında başa vurdu.

Source:https://www.facebook.com/watch?v=1319093805619191