Niderland şirkətləri ilə Bakı Limanı arasında əməkdaşlığı gücləndirməyə yönəlik görüş baş tutmuşdur

469

Bakı Limanı və Niderland Səfirliyi, Bakı Ekspo Mərkəzində görüş keçiriblər. Nümayəndələrə rəhbərlik edən Niderland səfiri xanım Pauline Eizema ilə yanaşı ölkənin tanınmış şirkətləri, o cümlədən Van Oord, Cabooter və Royal Haskoninqin nümayəndələri tədbirdə iştirak ediblər.Baş Əməliyyat İnzibatçısı Eugene Seah, Limanda davam edən layihələrin müzakirəsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və Limanın inkişaf planlarında Niderland şirkətlərinin iştirakı ilə bağlı fikirlərini bölüşdü.

Səfir Paulin Eizema görüşdən sonra, “TransLogistica-2023“ sərgisi ilə tanışlıq zamanı Bakı Limanının stendini ziyarət edib. Stendi ziyarət edərkən ona, limanın imkanları və təklifləri haqqında məlumat verilib.

Source:https://www.facebook.com/BakuSeaTradePort