Bakı Limanınında gənc rəssamların da iştirakı ilə yaşıllaşdırma aksiyası keçirilib

330

Bakı Limanınında gənc rəssamların da iştirakı ilə üzərində Dayanıqlı İnkişaf Məqsədləri simvollarının əks olunduğu barrellərə ağaclar əkilib. Əsas məqsədi ətraf mühiti qorumaqla Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını təşviq etmək olan layihə çərçivəsində, Bakı Limanının əməkdaşları, barellərin üzərindəki sənət əsərlərinin müəlifləri ağacəkmə kampaniyasında iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılara Bakı Limanının fəaliyyəti ilə bağlı geniş məlumat verilməklə yanaşı qonaqlar terminallara da səfər edərək Bakı Limanında aparılan əməliyyatlarla tanış olublar.

Qeyd edək ki, Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün 2022-ci ilin dekabr ayında BMT-nin Qlobal Sazişinə qoşulub. Regionun ilk Yaşıl Limanı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini DİM prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır.

Source:https://www.facebook.com/BakuSeaTradePort