Son iki gündə İtaliyaya dəniz yolu ilə 4 mindən çox miqrant gəlib

157

Ötən 48 saat ərzində İtaliyaya dəniz yolu ilə 4 mindən çox miqrant gəlib.

AZƏRTAC xəbər verir ki, miqrantların əksəriyyətinin İtaliya ərazilərinə öz imkanları ilə qayıqlarla gəldiyi bildirilib. Onların arasında, həmçinin Aralıq dənizində üzən qeyri-hökumət təşkilatına məxsus gəmilərlə gələnlər və İtaliya təhlükəsizlik qüvvələri tərəfindən xilas edilənlər də var.

Siciliyanın cənubundakı Lampeduza adasına ötən sutka ərzində 15 qayıqla 565 immiqrant gəlib. Adadakı 400 nəfərlik miqrant düşərgəsində hazırda 3000-dək mühacirin olduğu bildirilib.

Qeyd edək ki, İtaliya son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ilin birinci yarısında İtaliyaya dəniz yolu ilə 64 min 930 miqrant gəlib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 37 min 297 nəfər çoxdur.