Kurık limanında gücü ildə 1 milyon tona qədər olan terminal tikiləcək

365

Qazaxıstanın Kurık limanında illik yükaşırma gücü 1 milyon tona qədər olan terminal tikiləcək ki, bu da İran-Qafqaz istiqamətində ötürmə qabiliyyətini artıracaq.

Bu barədə Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayevin işgüzar səfəri zamanı danışılıb.

Bundan əlavə, nazir Kurık limanının qarşısındakı dəmir yolu vağzalının fəaliyyəti, “ERSAI Caspian Constructor” MMC-nin idarə etdiyi yanalma körpülərinin istismarı, həmçinin “Seymurq İnvest”in şəxsi vəsaiti hesabına inşa olunan “Sarja” çoxfunksiyalı dəniz terminalının imkanları ilə tanış olub.

Aktau dəniz limanına səfər zamanı əsas məsələlər konteyner qovşağının yaradılması və akvatoriyanın dərinləşdirilməsi, eləcə də genişləndirilməsi olub.

“Seanews.az”