Ərəb investorları Alsancak limanını almaq niyyətindədirlər

275

Türkiyə İzmir şəhərindəki Alsancak limanının istismar hüquqlarını satmaq üçün Fars körfəzi şirkətləri ilə danışıqlar aparır.

Bloomberg”-in məlumatına görə,Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu həftənin əvvəlində agentliyə bildirib ki, hazırda Fars körfəzi regionu ölkələri ilə investisiya danışıqları aparılır və Alsancak limanı bu investisiya müqavilələri çərçivəsindədir.

Potensial alıcının kim olduğu, həmçinin mümkün sövdələşmənin dəyəri açıqlanmayıb.

Liman Türkiyənin dövlət sərvət fondu TWF-ə məxsusdur və milli dəmir yolu şirkəti tərəfindən idarə olunur.

Alsancak limanı ildə 1,2 milyon TEU və 1,4 milyon ton ümumi və toplu yüklər aşıra bilər.

“Bloomberg” xatırladıb ki, limanın özəlləşdirilməsi planı hələ 2004-cü ildə başlayıb. 2007-ci ildə təkliflər sorğusu elan edilib və ”Hutchinson Port Holdings” və “Global Yatirim Holding” şirkətlərinin birgə müəssisəsi 1,28 milyard dollarlıq yüksək qiymət təklif edib.  Lakin məhkəmə qərarı ilə sövdələşmənin qarşısı alınıb ​​və qrup sonradan alışdan geri çəkilib.

Seanews.az”