Türkmənistan dəniz və çay nəqliyyatının idarə edilməsini təkmilləşdirəcək

367

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin baş direktoru Məmmetxan Çakiyevə dəniz və çay nəqliyyatı sənayesinin idarə edilməsini təkmilləşdirməyi tapşırıb.

“Turkmenportal.com” xəbər verir Serdar Berdiməhəmmədov Agentliyin rəhbərinə dəniz və çay nəqliyyatı sənayesinin beynəlxalq standartlara uyğun idarə edilməsinin daha da təkmilləşdirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, beynəlxalq yükdaşımaları ilə məşğul olan xarici şirkətlərlə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Dövlət başçısının sözlərinə görə, 2018-ci ildə istifadəyə verilən Türkmənbaşı beynəlxalq dəniz limanı və orada yerləşən “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu xarici tərəfdaşlar üçün mövcud imkanlar nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün cəlbedicidir.

“Balkan” zavodunun gücü ildə 4-6 gəmi tikməyə və 10 min ton polad istehsal etməyə imkan verir. Türkmənistanın sosial-iqtisadi inkişafı üzrə 7 illik proqrama əsasən, 2025-ci ilə qədər “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda 12 gəminin, o cümlədən quru yük gəmisi və dəmir yolu vaqonlarının daşınması üçün iki Ro-Ro bərəsinin inşası planlaşdırılır.

“Seanews.az”