“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu ASCO-nun “STB-1” barjına yüklənib

290

“ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

Qurğunun barja yüklənməsi prosesi təhlükəsiz şəkildə yerinə yetirilib.

ACE platformasının üst modulunun çəkisi 19600 ton, hündürlüyü 36 metrdir.

Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur.

asco.az