Türkmənistanın nümayəndə heyəti Bakı Limanına səfər edib

224

Orta Asiya və Avropa arasında yük daşımaların artırılmasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, əlavə potensialların müəyyən edilməsi və yeni yük növlərinin cəlbinin təşviq edilməsi məqsədi ilə Türkmənistanın nümayəndə heyəti Bakı Limanına səfər edib. Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin şöbəsinin müdiri Myrat Myradovun rəhbərlik etdiyi nümayəndə heyətinə nəqliyyat, logistika, ticarət və bunun kimi bir sıra sahələr üzrə dövlət və özəl qurumları təmsil edən rəhbər şəxslər daxil olub. Qonaqlar Bakı Limanın texniki imkanları, hazırda icrası davam edən və nəzərdə tutulan infrastruktur layihələri ilə tanış olublar. Eyni zamanda qonaqlara daşınan yük həcmi, qarşılıqlı əməkdaşlıq edilən beynəlxalq limanlar və logistika şirkətləri ilə bağlı da məlumat verilib, onların sualları cavablandırılıb.

Source:https://www.facebook.com/BakuSeaTradePort