Beynəlxalq Dəniz Təşkilatının yeni baş katibi seçildi

262

Bu gün Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə keçirilən seçkilər yekunlaşıb.

Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatının rəsmi məlumatında qeyd edilib.

Bildirilib ki, Panama Respublikasından olan Arsenio Antonio Dominguez Velaskonun namizədliyi dəstəklənib və  İMO şurası tərəfindən Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə təyin edilib. O, 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Arsenio Antonio Dominguez Velaskonu bundan əvvəl Panamanın IMO-da alternativ nümayəndəsi və texniki məsləhətçisi kimi fəaliyyət göstərib.