Bakı Limanında yükaşırma 13 % artıb

215

Bu ilin I yarısında Bakı Limanında 3 milyon 539 min tondan çox yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

Bu barədə “Report”un sorğusunun cavab olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.