Bu gün mərhum liman kapitanı, təcrübəli dənizçi Ramin Əliyevin doğum günüdür.

1255

Liman Kapitanı Ramin Əliyev

20.07.1978 – 01.09.2021

Bu gün mərhum liman kapitanı, təcrübəli dənizçi, sevimli ailə başçısı və mehriban dost Ramin Əliyevin doğum günüdür.

Ramin kapitan 2014-2019-cu illərdə “Müslüm Maqomayev” və “Rəşid Behbudov” yüksək sürətli sərnişin gəmilərində kapitan, 2019-cu ildən etibarən isə Caspian Marine Services şirkətində liman kapitanı vəzifəsində calışıb. İşinə, verilən tapşırıqlara peşəkar yanaşması və can yandırması sayəsində şirkətin ən qiymətli işçilərindən hesab edilirdi. Ramin kapitan həmçinin gəmilərdə çalışan heyət üzvlərinin peşəkar karyera qurmaları üçün köməklik göstərir, daima onları yönləndirirdi. Fəaliyyəti dövründə hamının – həm ofis əməkdaşları və gəmi heyətlərinin, həm də müştəri şirkətlərin rəğbətini qazanmışdı.

Ramin Əliyev 2021-ci il sentyabr ayının 1-də 43 yaşında vəfat edib.

Ramin kapitan daim yaddaşımızda gülərüz və səmimi insan, peşəkar və dəyərli həmkar kimi qalacaq.

Source:https://www.facebook.com/CaspianMarineServices