“Uztekstilprom” Poti limanı yaxınlığında logistika mərkəzi yaradacaq

247

Özbəkistanın “Uztekstilprom” assosiasiyasının rəhbərliyi və “Poti” azad iqtisadi zonasının (AİZ) baş direktoru David Ebralidze Poti azad iqtisadi zonasında logistika mərkəzinin yaradılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar.

Bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

İxrac olunan mallara güzəştli tarifləri nəzərdə tutan sənəddə həmçinin ABŞ, Kanada və Yaponiyaya Özbəkistanda istehsal olunan məhsullara verginin tətbiqi, habelə Gürcüstanda bu ölkələrlə GSP+ sistemindən istifadə etməklə AİZ-dəki müəssisələrlə gömrük rüsumları olmadan əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.

seanews.az