Ərzaq məhsulları daşıyan tanker yeni kran gəmisi ilə toqquşub

355

Qaosyun limanında Tayvanın “CPC Corp” neft-qaz şirkətinə məxsus ərzaq məhsulu daşıyan “Hua Yun” tankeri “DEME” tərəfindən təzə istismara verilmiş “Green Jade” dənizdə külək turbinlərinin quraşdırılması üçün yeni kran gəmisi ilə toqquşub.

“Seanews.az” xəbər verir ki, dönmə zamanı yedək gəmisinin köməyinə baxmayaraq, uzunluğu 182 metr və dedveyti 40,5 min ton olan “Hua Yun” tankeri uzunluğu 216,5 metr və dedveyti 37,9 min ton olan “Green Jade” kran gəmisi ilə toqquşub.

“Green Jade”-yə cüzi ziyan dəyib. Ölən və yaralananlar olmayıb.

“Artıq iyulun 23-də tanker Qaosyun limanını tərk edib, kran gəmisi isə hələ də limanda dayanıb”, – nəşr yazır.

Bu, Qaosyun limanında bu ay baş verən ilk insident deyil – iyulun 10-da “Wan Hai 312” konteyner gəmisi estakadaya çırpılmışdı.

“DEME“ şirkəti “Green Jade” gəmisini iyunun 30-da təhvil alıb. Gəmi 4000 ton yük qaldırma qabiliyyətinə malik kranla təchiz olunub. Yük göyərtəsinin sahəsi isə 8,2 min kvadratmetrdir.

“Seanews.az”