Aralıq dənizində rekord su temperaturu qeydə alınıb

204

İspaniyanın Okeanoqrafiya İnstitutu bu həftənin əvvəlində Aralıq dənizində rekord su temperaturu qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Frans-Press agentliyinə qurumdan məlumat verilib.

“Bazar ertəsi Aralıq dənizinin səthində 40 ildən artıq bir müddət ərzində rekord göstərici, orta sutkalıq temperatur qeydə alınıb. Bu, Selsi üzrə 28,71 dərəcəyə çatıb”, – institutdan bildirilib.