“Uşaqlar bizim gələcəyimizdir” adlı yay düşərgəsinin iştirakçıları üçün “Suraxanı” gəmi-nuzeyinə ekskursiya təşkil edilib

238

“Uşaqlar bizim gələcəyimizdir” adlı yay düşərgəsinin şəhid, qazi və aztəminatlı ailələrdən olan iştirakçıları üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin “Suraxanı” gəmi-nuzeyinə ekskursiya təşkil edilib.

Balacalar muzeyin zallarını gəzib, buradakı eksponatlarla, interaktivlərlə yaxından tanış olublar.

Sonda uşaqlara ASCO-nun təşəbbüsü ilə gəmi-muzeyin eksponatları əsasında hazırlanmış “Dənizçilik əlifbası” kitabı həddiyə edilib.

Qeyd edək ki, “Uşaqlar bizim gələcəyimizdir” yay düşərgəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən təşkil olunub

seanews.az