“Abdülhamit Han” Aralıq dənizində yeni vəzifəsinin icrasına başlayıb

404

Türkiyənin “Abdülhamid Han” qazma gəmisi Aralıq dənizində yeni vəzifəsinin icrasına başlayıb.

TurkicWorld-un məlumatına görə, bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabında paylaşım edib.

“Abdülhamid Han” qazma gəmisi, qoşa qülləsi və 200 nəfərlik heyəti ilə aktiv mövqeləşdirmə sisteminə sahib olan gəmidir. 12 min 200 metrə qədər qazma qabiliyyəti ilə seçilir. Gəminin qülləsinin uzunluğu 104 metrdir.

Uzunluğu 238 metr, eni 42 metr olan gəmi “Fatih”, “Kanuni” və “Yavuz”dan sonra Türkiyənin dördüncü qazma gəmisidir.

trend.az