Norveçin Ro-Ro daşıyıcısı yeni gəmilər sifariş edib

310

Norveçin “Wallenius Wilhelmsen” Ro-Ro daşıyıcısı avtomobillərin nəqli üçün metanol və ammonyakla işləyə bilən 4 gəminin tikintisinə dair Çinin “Jinling Shipyard Jiangsu” gəmiqayırma zavodunda sifariş yerləşdirib.

“Seanews.az” xəbər verir ki, tutumu 9.4 min CEU olan gəmilər sifarişçiyə 2026-cı ildə təhvil veriləcək.

Məlumata görə, tezliklə əlavə 8 gəminin də sifariş olunacağı nəzərdə tutulur.