Qara dənizdəki müvəqqəti dəhlizdən ilk mülki gəmi keçib

301

Böyük Odessa limanlarından müvəqqəti dəhliz çərçivəsində ilk ticarət gəmisi yola düşüb və Bosfora doğru hərəkət edib.

Bu barədə Ukrayna baş nazirinin bərpa işləri üzrə müavini Aleksandr Kubrakov məlumat verib.

“JOSEPH SCHULTE” (Honkonq bayrağı) konteyner gəmisi Odessa limanını tərk edib və mülki gəmilər üçün müvəqqəti dəhlizlə hərəkət edir”, – deyə Kubrakov yazıb.

Baş nazirin müavininin sözlərinə görə, 2022-ci il fevralın 23-dən Odessa limanında qalan konteyner gəmisi Vorontsovski mayakını tərk edərək Bosfor boğazına doğru gedir. Gəmidə ərzaq da daxil olmaqla 30 min tondan çox yük (2 114 konteyner) var.

Mənbə: epravda.com.ua