Anakliya limanının tikintisinə başlanılır

272

Gürcüstan hökuməti ölkənin qərbində Anakliyada dərin dəniz limanının tikintisinə başlamaq üçün dövlət büdcəsindən 20 milyon lari (təxminən 7,7 milyon dollar) ayırmaq qərarına gəlib

“Seanews.az” xəbər verir ki, pul Gürcüstan parlamenti ölkənin 2023-cü il büdcəsinə düzəlişləri qəbul edib təsdiq etdikdən sonra ayrılacaq.

“Əsas iş ilk növbədə hazırlıq olacaq ki, gələn il liman infrastrukturunun tikintisi xərcləri daha intensiv olacaq”, – maliyyə naziri Laşa Xutişvili bildirib.

İqtisadiyyat naziri Levan Davitaşvili daha əvvəl Çin də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən aparıcı beynəlxalq oyunçuların limanın tikintisində iştirakda maraqlı olduğunu qeyd etmişdi.

Gürcüstan hakimiyyəti Anakliya limanının tikintisini 51%-nin dövlətə, qalan hissəsi isə kvalifikasiya meyarları və təklifin şərtlərinə əsasən seçiləcək özəl tərəfdaşa məxsus olması şərti ilə bərpa etmək qərarına gəlib. Gürcüstan hakimiyyəti Anakliya kurort kəndində ölkədə ilk dərin su limanının tikintisi layihəsinin bərpa olunduğunu elan etdikdən sonra 2023-cü ilin martında “Anakliya Dəniz Limanı” MMC dövlət şirkəti yaradılıb.

Yeni şirkət Anakliya limanı ilə bağlı layihə sənədlərinin yenilənməsini təmin edəcək. Tikinti işlərinə 2023-cü ilin payızında başlanmalıdır. Yeni limanın birinci mərhələsinin gücü ildə 900 min TEU olacaq. “Anakliya Dəniz Limanı” şirkətinin kapitalı 3 milyon lari (təxminən 1,2 milyon dollar) təşkil edir. O, dövlətə məxsus “Asset Management and Development Company” MMC-nin tabeliyindədir.