2023-cü ilin yanvar-avqustunda Sinqapur limanının yük dövriyyəsi artıb

215

2023-cü ilin yanvar-avqust aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artaraq 392,3 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin işlənməsi 1,5% artaraq 128 milyon tona, quru yüklərin aşırılması 10,3% artaraq 14,37 milyon tona, ümumi konteynersiz yüklərin işlənməsi 9% artaraq 17,63 milyon tona çatıb.

Hesabat dövründə limanın konteyner dövriyyəsi 25,79 milyon TEU olub ki, bu da 3,3% artım deməkdir.

Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanının yük dövriyyəsi 577,7 milyon ton təşkil edib.