Socar Petroleum
Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Son tarix 18 okt 2023 – hr@socar-petroleum.az
Struktur vahidi (ünvan): “SOCAR PETROLEUM” QSC-nin 7 saylı Yanacaqdoldurma stansiyası (Qaradağ rayonu, Bakı-Salyan şossesinin 70-ci km-də, Hacıqabul-Astara yolayrıcında, Bakı-Qazax yolunun sağ tərəfi), 8 saylı Yanacaqdoldurma stansiyası (Qaradağ rayonu, Bakı-Salyan şossesinin 70-ci km-də, Hacıqabul-Astara yolayrıcında, Bakı-Ələt yolunun sol tərəfi), 6-İ saylı Yanacaqdoldurma stansiyası (Pirallahı rayonu, S.Vurğun küçəsi, 29-cu məhəllə), 9-İ saylı Yanacaqdoldurma stansiyası (Binəqədi ray., Biləcəri qəs., Sumqayıt şossesi, 2-ci km 4), 16-İ saylı Yanacaqdoldurma stansiyası (Bərdə rayonu, Bərdə şəhəri, Bakı küçəsi), 17-İ saylı Yanacaqdoldurma stansiyası (Mingəçevir şəhəri, H.Əliyev prospekti 341).
Müqavilənin növü: müddətsiz
Əməyin ödənilmə dərəcəsi: 4
Əmək haqqı: 512 azn, əlavə 220.48 azn
İş şəraiti: zərərli
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
Sığorta: Tibbi
Vakansiyanın öhdəlikləri (funksiyalar):
- Avadanlıqlara, aparatlara, nasoslara və digər inventarlara texniki xidmət göstərmək, onların profilaktikasını və təmir işlərini görmək;
- Texniki avadanlıqların istismarını və təmirini, avadanlıqları istehsal edən zavodun təlimatına uyğun aparmaq;
- Elektrik avadanlıqlarının və elektrik şəbəkəsinin sabit və fasiləsiz işləməsini, düzgün istismar olunmasını və vaxtı-vaxtında təmirini təmin etmək;
- Reklam lövhələrinə müntəzəm baxışlar keçirmək, onların təmirini aparmaq, elektrik enerjisi ilə təchiz olunmasını yoxlamaq və onların təmiri üçün sifarişlər etmək;
- Alınmış elektrik avadanlıqlarının saxlanılmasını və qeydiyyatını aparmaq, kitabda onların istifadə olunması haqda qeydlər etmək. İstifadəsiz (nasaz) elektrik materiallarını qeydiyyatdan silinənə qədər anbarda ayrıca saxlamaq;
- Elektrik avadanlıqlarının iş şəraitini öyrənmək, elektrik itkilərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Enerji sisteminin maksimal yüklənmə saatlarında elektrik şəbəkəsinin qeyri-bərabər yüklənməsi hallarını aradan qaldırmaq və obyektin normal işləməsi üçün müvafiq tədbirlər görmək;
- Elektrik Qurğularının Təhlükəsizlik Texnikası və Texniki İstismar Qaydalarına ciddi riayət etmək;
- Növbə ərzində yerinə yetirilmiş bütün işlərin qeyd olunduğu elektrikin növbətçilik kitabını doldurmaq;
- Generatora müəyyən olunmuş vaxtda texniki xidmət göstərilməsini təmin etmək üçün dizel-generatorun texniki vəziyyətinə müntəzəm nəzarət etmək, hər hansı nasazlıq aşkar edildikdə təxirəsalınmaz tədbirlər görülməsi üçün rəhbərliyə məlumat vermək;
- Yanacaq paylayan qurğuları mütəmadi yoxlamaq və nəzarətdə saxlamaq;
- Elektrik məftilllərinin neft məhsullarından azı 1 (bir) metr məsafədən aralı keçməsinə nəzarət etmək;
- Elektrik yüklənməsini torpağa ötürən sistemin müqavimətini ildə bir dəfədən az olmayaraq yoxlamaq və nəticəsini protokollaşdırmaq;
- Təhlükəsizliyi təmin etmək məqsədi ilə yanacağı çənlərə boşaltmağa başlayana qədər avtoçəni torpaqlayıcı qurğuya birləşdirmək;
- Yanğın təhlükəsi olarsa, mühafizə sistemi istisna olmaqla texnoloji sistemin elektrik xətlərini ayırmaq;
- İşçilərini elektrik sahəsində təhlükəsizlik mövzuları ilə əlaqədar daim təlimatlandırmaq, bu qaydaların ciddi surətdə yerinə yetirilməsinə nəzarət etmək;
- İlkin yanğınsöndürmə vasitələrinin yerləşdiyi yeri və onlardan istifadə olunması qaydalarını bilmək;
- Avadanlıqların istismarı, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə qaydaları, təlimatları yerinə yetirməyi, qəzaların və yanğınların aradan qaldırılması planı üzrə öz öhdəliklərini, fərdi mühafizə vasitələrindən istifadə etməyi və s. bilmək.
Tələblər:
- Vətəndaşlıq Azərbaycan
- Tələb edilən təhsil:
- İxtisas təhsili (müvafiq sahə üzrə)
- Tələb edilən iş stajı:
- Müvafiq sahə üzrə 3 İl iş təcrübəsi
Səriştəlik və digər tələblər:
- Detallara diqqət
- Dürüstlük
- Etik davranış
- Məsuliyyət
- Nizam-intizam
- Öyrənmə qabiliyyəti
- Peşəkarlıq
- Şifahi və yazılı özünüifadə
CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə hr@socar-petroleum.az ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrələri: 012 5700901, 051 2959797
fed.az