Dənizçilər mülki məsuliyyət (P&I) sığortası ilə gəmidə təminat altında qala bilər

336

 Hüquqi şəxslərə təqdim olunan sığorta növlərindən biri, sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edən “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət(P&I) sığortasıdır”. Bu sığortanın obyekti, sığortalı tərəfindən üçüncü şəxslərin əmlakına, həyat və ya sağlamlığına dəyən zərərdir. Məsuliyyət sığortası sığortalını, üçüncü şəxslərin onlara dəymiş əmlak zərərlərinin mövcud qanunvericilikdə nəzərdə tutulan normalara uyğun olaraq, maddi ziyanın təzminatı iddiasına qarşı sığorta himayəsi ilə təmin edir.

Dənizçilər gəmidə vəzifə başında olduğu zaman xəsarət ala bilər, başına hər hansı bədbəxt hadisə gələ bilər. Bunun üçün də xərclərin P&I – mülki məsuliyyət sığortası tərəfindən qarşılama imkanı mövcuddur.

Allmarinenews xəbər verir ki, “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkəti bu təminat üçün  P&I sığortası təklif edir.

P&I sığorta istənilən gəmi üçün mütləqdir. Dənizçi çalışdığı gəmidə iş qəzası zamanı ona dəyən zərərin təzminatını gəmi sahibindən tələb edə bilər. 

Mülki məsuliyyət(P&I)  sığorta növünü əldə etmək üçün “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkəti ilə əlaqə saxlaya bilərsiniz.

+994 999 555 444

WhatsApp: +994 999 555 333