Su nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 41%-dək artıb

281

Azərbaycanda su nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 911,4 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 709,1 min manat və ya 40,7% çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 4 milyon 202,3 min manat təşkil edib.