Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutunun inkişafı üzrə işçi qrupun növbəti toplantısı keçirilib

328

Qazaxstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) Ümumi yığıncağı və TBNM-in inkişafına dair İşçi qrupunun iclası keçirilib.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rumıniyanın əlaqədar qurumlarının iştirakı ilə 28-29 sentyabr tarixlərində baş tutan toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) sədrin müavini Zaur Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Tədbirdə aparılan müzakirələr zamanı Orta dəhlizin potensialından səmərəli istifadə edilməsinin, bu marşruta daha çox yükün cəlb olunmasının zəruriliyi vurğulanıb.Yığıncağın sonunda müvafiq protokol imzalanıb. Tədbir çərçivəsində “TBNM 2023: Rəqəmsallaşma dövründə innovasiya və inkişaf” adlı biznes forum da təşkil olunub.

asco.az