İri konteyner gəmilərinin Antverpen-Brügge limanına daxil olması üçün dərinlik 16 metrə çatdırılıb

191

Belçikanın Antverpen-Brügge müştərək limanına iri konteyner gəmilərinin daxil olması üçün zəruri olan maksimal dərinlik 15,7 metrdən 16 metrə çatdırılıb. Bu göstərici Qərbi Şeldt çayı üçün rekorddur.

“Seanews.az” xəbər verir ki, “Deurganck Dock” terminalında dərinləşdirmə işləri başa çatdıqdan sonra ilk dəfə İsveçrənin “MSC” xətti gəmiçiliyinin konteyner gəmisi limana yan alıb.

Limanda maksimum suyaoturum tədricən artırılıb. Belə ki, 2021-ci il martın 1-də 15,7 metr suyaoturum ilə “MSC Regulus” konteyner gəmisi, 2022-ci il iyulun 9-da 15,9 metr suyaoturumla “MSC Diletta”, 2023-cü il oktyabrın 2-də isə 16 metr suyaoturumla Portuqaliyaya səfər etdikdən sonra “MSC Tessa” konteynerdaşıyanı limana daxil olub.

Qeyd edək ki, terminalda maksimum suyaoturumun artırılması limana daxil olan gəmilərin yükqaldırma qabiliyyətini əlavə təxminən 1 min TEU artırır.