Azov limanı akvatoriyasında üç quru yük gəmisi toqquşub

347

Rostov vilayətinin Uzyak kəndi yaxınlığında Don çayının akvatoriyasında noxudla yüklənmiş “Sormovski 3067” yük gəmisi iki quru yük gəmisi ilə toqquşub.

“Seanews.az” xəbər verir ki, möhkəm külək səbəbindən lövbərindən qopan  “Sormovski 3067” quru yük gəmisi əvvəlcə “Nefterudovoz 52 M” gəmisi ilə toqquşub, daha sonra “Vikinq” yükdaşıyıcısına çırpılıb və “Vikinq” saya oturub.

“Sormovski 3067” gəmisi “Nefterudovoz 52 M” gəmisinin lövbər zəncirini pərvanənin ətrafına sarıyıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb və neft dağılmaları qeydə alınmayıb.