Xəzərdə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb – FOTO/VIDEO

371

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi sentyabr-oktyabr aylarında cinayətkarlara qarşı əməliyyatlar keçirib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sentyabr ayının 28-29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Keçirilən tədbirlər nəticəsində Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənaye üsullu lövbərə bağlanılmış iki ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə marixuana аşkаr olunub.

Oktyabr ayının 15-də Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb və keçirilmiş tədbirlər nəticəsində Ələt reydində “Orta Daş” adası istiqamətində ümumilikdə 71 ədəd bağlamada (21 300 ədəd “Marlboro”, 21 800 ədəd “Kent”, 8798 ədəd “Parliament”, 17 270 ədəd “Milano”) 69 168 ədəd siqaret aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

oxu.az