Hindistanda Rusiya üçün tikiləcək 24 gəmi Xəzər dənizində istismar ediləcək

375

Hindistanın “Goa” gəmiqayırma zavodlarında 2027-ci ilə qədər Rusiyanın sifarişi ilə Xəzər dənizində istismar üçün 24 yük gəmisinin inşası planlaşdırılır.

TASS xəbər verir ki, bu barədə “Şimal-Cənub” Xəzər Beynəlxalq İnteqrasiya Klubunun direktoru Dmitri Dubovik Həştərxanda keçirilən beynəlxalq forumda bildirib.

“Hindistanda “Goa” gəmiqayırma zavodlarında istehsalın açılması qərara alınıb. Onlar bizə gəmi modellərimizin istehsalına başlamağa hazır olduqlarını təsdiq edibər. Bu gəmilər kimyəvi tankerlər, balkerlər, konteynerlərdə yük daşıyan gəmilər olacaq. Onlar üç il ərzində bizə 24 gəmini təhvil verməyə hazırdırlar. Bu, indiki dövr üçün çox yüksək tikinti sürəti deməkdir. İlk dörd gəminin 2024-cü ilin birinci rübündə buraxılması planlaşdırılıb, – deyə Dmitri Dubovik qeyd edib.

Yaxın onillikdə Hindistan dünyanın beş aparıcı gəmiqayırma ölkəsindən birinə çevrilmək niyyətindədir. Bunu bu il oktyabrın ortalarında Hindistanın üçüncü Qlobal Dəniz Sammiti zamanı respublikanın Baş naziri Narendra Modi deyib.

“Hindistan yaxın onillikdə ən yaxşı beş gəmiqayırma ölkəsindən biri olacaq. Şüarımız “Hindistanda istehsal et, dünya üçün et”dir”, – Modi deyib.  

Baş nazir yaxın vaxtlarda müxtəlif ölkələrdə gəmiqayırma və təmir mərkəzlərinin yaradılacağını bildirib.

Seanews.az”