İsrail hərbi münaqişə zonasında zədələnmiş bütün gəmilərə dəymiş ziyanı ödəyəcək

398

İsrail hakimiyyəti Fələstin-İsrail münaqişəsi zamanı ölkənin iqtisadi zonasında zədələnən bütün gəmilərə istisnasız təzminat ödəyəcəklərini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Splash” nəşri məlumat yayıb.

İsrail Vergi İdarəsi, İsrailin iqtisadi sularında zədələnmiş həm İsrail, həm də xarici bayraqlı gəmilərə təzminat ödəniləcəyini bildirib.

“Bu gün heç bir ticarət gəmisi raket hücumu nəticəsində zədələnməyib, lakin böyük risklər var”, – dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşan “Ambrey” konsaltinq agentliyi nəşrdən sitat gətirir.

“Splash” qeyd edir ki, “İsrail limanlarına gələn gəmilər artıq dünyada müharibə riski ilə bağlı ən yüksək əlavə ödəmələrlə üzləşirlər (Yəmən və Qara dəniz zonası istisna olmaqla), bəzi gəmi xətləri münaqişənin ilk günlərində öz daşıma cədvəllərinə yenidən baxıblar”.