CMS şirkətinin nümayəndələri Avstriyanın Vyana şəhərində keçirilən HSE360 Zirvə Toplantısı – 2023-də iştirak ediblər

430

Oktyabrın 9-dan 11-dək CMS şirkətinin nümayəndələri Avstriyanın Vyana şəhərində keçirilən HSE360 Zirvə Toplantısı – 2023-də iştirak ediblər. Yüksək səviyyəli təcrübəyə, təqdimatların keyfiyyətinə və şəbəkə imkanlarına görə tədbir, həqiqətən də, bənzərsiz və müqayisəedilməz idi. İştirakçılara günümüzün aktual problemləri və tendensiyaları, o cümlədən davranış təhlükəsizliyi və məşğulluq, rifah və psixi sağlamlıq fəaliyyətləri, gənc nəslin fəaliyyətlərə cəlb edilməsi və müasir texnologiyaların istifadəsi ilə bağlı bir sıra sessiyalar təqdim olunub. HSE360 iştirakçılara məlumat mübadiləsi və ekspertlərlə şəbəkə qurmaq üçün platforma təqdim edib.

Təşkilatçılar dünyanın hər yerindən 200-dən çox sənaye mütəxəssisini birləşdirdiyi, mütərəqqi məhsul və xidmətlərin nümayiş olunduğu sərgi zalını təklif etdiyi, məzmuna əsaslanan təqdimatlar təqdim etdiyi, real kazus nümunələri/innovasiya vitrini və interaktiv seminarlarla maraq yaratdığı üçün Zirvə Toplantısını Yeni Tipi SƏTƏM tədbiri kimi dəyənləndirib.

Source:https://www.facebook.com/CaspianMarineServices