2023-cü il üçün Beynəlxalq Dəniz Təşkilatının illik mükafatlandırma mərasimi noyabrın 27-də keçiriləcək

246

Beynəlxalq Dəniz Təşkilatının 2023-cü il üçün nəzərdə tutduğu illik mükafatlandırma mərasimi noyabr ayının 27-də Londondakı baş qərargahında baş tutacaq.

Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı rəsmi məlumat yayıb.

Bildirilib ki, bir qrup şəxs  müstəsna şücaətlərinə görə 2022 və 2023 il üçün Beynəlxalq Dəniz Mükafatına layiq görüləcək.

2023-cü il mükafatlandırılmasında 18 üzv dövlət, bir assosiativ üzv və IMO ilə məsləhətçi statusunda olan üç qeyri-hökumət təşkilatından ümumilikdə 47 nominasiya qəbul edilib.