Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

515

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri 8 Noyabr – Zəfər Günü ərəfəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə övladı şəhidlik zirvəsinə ucalan əməkdaşları ziyarət edərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı aparıblar.

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində mənfur düşmənə qalib gələrək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib. Bu ilin sentyabrında keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.Ziyarət zamanı Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bu kateqoriyadan olan ailələrin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.Görüşlərdə iştirak edənlər diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

asco.az