İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib

200

İtaliyanın müdafiə naziri Guido Crosetto İtaliya donanmasına aid xəstəxana gəmisinin Qəzzada yaralılara kömək etmək üçün bu gün bölgəyə yola düşdüyünü bildirib.

Nazir Crosetto, xəstəxanası və əməliyyat otaqları olan Vulcano gəmisinin bu gün Civitavecchia limanından bölgəyə yola düşdüyünü və Qəzzada yaralılara kömək edəcəyini bildirib.

“Vulcano” gəmisində 30-u sağlamlıqla bağlı fövqəladə hallara cavab verən mütəxəssis olmaqla cəmi 170 heyətin olacağını bildirən Crosetto, bölgəyə xəstəxana gəmisinin yerləşdirilməsinin fələstinlilər və israillilər tərəfindən müsbət qarşılanacağına inandığını qeyd eib.