Norveç Rusiya balıqçılar üçün daha bir liman açmaqdan imtina edir

182

Rusiya balıqçı gəmiləri praktiki səbəblərdən Harstad limanının onlar üçün açılmasını xahiş edib, lakin rədd cavabı alıblar.

“Seanews.az” xəbər verir ki, hazırda rus balıqçılar Norveçin yalnız üç limanına daxil ola bilirlər: Tromso, Båtsfjord və Kirkenes. Bununla belə, Lofoten və Vesterålen adalar xaricində treska və siyənək balığı tutarkən ən yaxın liman Harstaddır. Və orada lazımi təmir işləri aparıla bilər.

Norveçliləri Harstadın Norveçin “Eger” və “Maryata” kəşfiyyat gəmilərinin doğma limanı olması narahat edir. Norveç Müdafiə Araşdırmaları İnstitutu rus balıqçılarının bu gəmilər haqqında məlumat toplaya biləcəyindən ehtiyat edir.