Amerika Rusiyanı qaz bazarından çıxarmaq fikrindədir – «MƏQSƏDİMİZ BU LAYİHƏNİ ÖLDÜRMƏKDİR»

191

ABŞ Rusiyanı qlobal LNG bazarının 4%-ə qədərindən məhrum etmək niyyətindədir. 

FED.az xəbər verir ki, ABŞ Rusiyanın Arctic LNG 2 layihəsini bağlamağa çalışır, məqsəd Rusiyanı qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının 4%-ə qədərindən məhrum etməkdir.

Belə ki, noyabrın əvvəlində ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Pyatt açıq şəkildə bəyan edib ki, Arctic LNG 2 layihəsinin həyata keçirilməsində iştirak edən strukturlara qarşı sanksiyalar tətbiq edilib.

“Məqsədimiz bu layihəni öldürməkdir. Buna nail olmaq üçün biz sanksiyalar tətbiq edirik və həmçinin G7 tərəfdaşlarımızla qarşılıqlı əlaqədə oluruq”, – Payette bildirib.

Rusiya tərəfinin hesablamasına görə, «Novatek» layihəsinin xətləri ilə ötürüləcək sıxılmış qazın həcmi ildə 19,8 milyon ton təşkil edir. Bu da o deməkdir ki, «Arctic» layihəsi dünya LNG bazarının 2- 3,4%-ni təmin edə bilər.