Avarçəkmənin kayak və kanoe növü üzrə məşqçilər üçün seminar başa çatıb.

705

Avarçəkmənin kayak və kanoe növü üzrə məşqçilər üçün seminar başa çatıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Kanoe Federasiyasının (ICF) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan kayak və kanoe idman növləri üzrə 1-ci dərəcəli kurs təşkil edilib.

Noyabrın 10-da start götürən təlim 7 gün davam edib. Sonda imtahandan uğurla keçən məşqçilərə sertifikat verilib. Sertifikatları AKAF-ın Baş katibi Fərhad Əliyev, MOK-un Beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov təqdim edib.

Qeyd edək ki, bu cür kurslar gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.

Source:https://www.facebook.com/www.akaf.az