Zonquldakda batan gəminin yeri müəyyən edilib

434

Zonquldakda batan gəminin yeri müəyyən edilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) sədri Okay Memiş açıqlama verib.Qeyd olunub ki, AFAD sədri batan gəminin yerinin müəyyən edildiyini və 25 metr dərinlikdə olduğunu bildirib.

Bundan əlavə, 11 dənizçinin axtarışları davam edir.

Qeyd edək ki, noyabrın 11-də Qara dənizdə qasırğa səbəbindən Türkiyəyə məxsus yük gəmisi batıb, hadisə nəticəsində bir nəfər həyatını itirib.