ABŞ-yə məxsus gəmi Yəməndən ballistik raketlərlə atəşə tutulub

152

Bu gecə, noyabrın 27-də Yəmənin husi qruplaşmasının nəzarətində olan ərazilərdən ABŞ-nin “USS Mason” gəmisinə iki ballistik raket atılıb.

“Report”un məlumatına görə, bu barədə ABŞ ordusu Mərkəzi Komandanlığından bildirilib.

Məlumatda hücum nəticəsində gəmilərdən heç birinə ziyan dəymədiyi qeyd olunub.

Eyni zamanda hadisənin “Central Park” tankerini ələ keçirən 5 silahlının həbsindən sonra baş verdiyi vurğulanıb.