Türkiyə sahillərində yük gəmisi saya oturub

558

Kamboca bayraqlı “Vamos” yük gəmisi Türkiyənin Qara dəniz sahilində Kastamonu əyaləti yaxınlığında fırtına şəraitində saya oturub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, gəmidə ikisi Türkiyə vətəndaşı olmaqla 11 dənizçi olub.

Məlumatda bildirilir ki, xilasedicilər dənizçiləri təxliyə etməyə başlayıblar, lakin bu, güclü külək səbəbindən çətinləşib.

Türkiyənin Fövqəladə Hallar Departamenti ölkə ərazisinin müəyyən yerlərində sarı və narıncı hava xəbərdarlığı elan edib. Qeyd olunub ki, qasırğalar, leysan gözlənilir.