“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi “II Balıqçılar Qurultayı” təşkil edib

862

“Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi 24 Noyabr paytaxtımız Bakıda “II Balıqçılar Qurultayı” təşkil edib. Qurultayin açılış mərasimində Ekologiya ve Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin qorunması xidməti Balıqçılıq və Akvakultura Elmi Tədqiqat mərkəzi Şöbəsi müdiri Elçin Məmmədov və Gənclər və İdman Nazirliyindən Əlniyaz Mirzəyev çıxış ediblər.

Tədbirin sonunda Qazaxıstan Respublikasının İdman Balıq ovu Federasiyası sədri Roman Botabekov və “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi idarə heyyəti sədri Vüqar Abdullayev arasında “Dostluq və Əməkdaşlıq” sazişi imzalanıb. Saşiz “Təşkil edilən turnirlərdə iştirak hüququ” ” İdman balıqçılığı üzrə bilik və təcrübə paylaşımı” və bunun kimi 8 vacib bənddən ibarətdir.

II Balıqçılar Qurultayında açılış mərasimindən sonra panel müzakirələrə start verilib. “Beynəlxalq münasibətlərdə inkişaf” adlı ilk paneldə moderator Çingiz Qəniyev məruzəçilər isə Roman Botabekov, Vüqar Mirzoyev və Elbrus Əsədullayev öz bilik ve təcrübələrini bölüşərək suallara cavab veriblər. Mehdi Mehdiyevin moderatorluğu ilə “Mədəni Balıqçılığın İnkişafı” adlı ikinci paneldə məruzəçilər Ekologiya ve Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin qorunması xidməti Balıqçılıq və Akvakultura Elmi Tədqiqat mərkəzi Şöbəsi müdiri Elçin Məmmədov, Kütüm klubundan Nurlan Hüseynov və Fərid Qoşqarlı iştirak edərək balıqçıları maraqlandıran sualları cavablandırıblar.

Qurultayın 3-cü panelində isə moderator Azər Əliyev və məruzəçi “Alfa Marine” və Mercury Azərbaycan” Təmsilçisi Eldar Hacıbəyli “Sualtı və Qayıqla ovda Təhlükəsizlik” haqda dəyərli məlumatlar veriblər. Bu paneldə balıqçılar marağına səbəb olub.