CMS B.V. və Caspian Geo LLC şirkətləri “Quba” və “Murovdağ” gəmilərinin geofiziki seysmik əməliyyatlara cəlb edilməsi barədə razılığa gəliblər

735

CMS B.V. və Caspian Geo LLC şirkətləri “Quba” və “Murovdağ” gəmilərinin geofiziki seysmik əməliyyatlara cəlb edilməsi barədə razılığa gəliblər. Bu gəmilər geofiziki seysmik məqsədlər üçün daha çox personalın və xüsusi layihə avadanlığının yerləşdirilməsinə şərait yaradılması məqsədilə yaşayış modulları quraşdırılaraq platforma təchizat gəmilərindən (PSV) çoxməqsədli dəstək gəmilərinə (MPSV) çevriləcək. Modifikasiya prosesi müvafiq tələblərə uyğun olaraq Bakı Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcək.

Gəminin təsnifat cəmiyyəti (ABS) və Dövlət Dəniz və Liman Agentliyi hazırlanmış modifikasiya planına uyğun olaraq prosesin sonunda gəmini zəruri sənədlərlə təmin etmək məqsədilə mütəmadi olaraq yenidənqurma işlərinə nəzarət edir.

SOCAR və BGP Offshore arasında birgə müəssisə olan Caspian Geo MMC Bakı şəhərində fəaliyyət göstərərək Xəzər dənizində geofiziki xidmət təminatçısıdır. Şirkət beynəlxalq neft sənayesində 2D, 3D və OBN hesabatların əldə edilməsi xidmətləri göstərir.

Source:https://www.facebook.com/CaspianMarineServices