Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 40 üzvdən ibarət yeni şurası təsdiqlənib

167

Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 2024-2025-ci illər üçün şuranın üzvlərini seçib.

Allmarinenews xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatının Assambleyası 40 üzvdən ibarət yeni şura seçib.

Yeni üzvlər arasında şuranın b kateqoriyasına İsveç, c kateqoriyasına Qətər, Səudiyyə Ərəbistanı və Vanuatun seçilib. 

Kateqoriyaya görə yeni seçilmiş IMO Şurasının bütün üzvləri aşağıdakılardır:

Kateqoriya (a) : Çin, Yunanıstan, İtaliya, Yaponiya, Norveç, Panama, Koreya Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və ABŞ

Kateqoriya (b) : Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, Hollandiya, İspaniya, İsveç və Birləşmiş Ərəb Əmirlikləri

Kateqoriya (c) : Baham adaları, Belçika, Çili, Kipr, Danimarka, Misir, İndoneziya, Yamayka, Keniya, Malayziya, Malta, Meksika, Mərakeş, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə və Vanuatu.

Qeyd edək ki,  sözügedən şura Beynəlxalq Dəniz Təşkilatının icra orqanıdır və Assambleyanın nəzdində Təşkilatın işinə nəzarət etmək üçün öhdəlik daşıyır. Assambleyanın sessiyaları arasında Şura dəniz təhlükəsizliyi və çirklənmənin qarşısının alınması üzrə  Assambleyanın funksiyalarını yerinə yetirir.