“Bureau Veritas” 3D modelləri əsasında gəmi təsnifatı üzərində işləyir

188

Fransanın təsnifat və sertifikatlaşdırma cəmiyyəti “Bureau Veritas”, gəmi proqramları və məlumat xidmətləri təminatçısı “NAPA” və Şanxay Gəmiqayırma və Gəmiçilik Elmi-Tədqiqat İnstitutu (SDARI) 3D modelləri əsasında gəmilərin təsnifatı üçün icazələrin verilməsini əhatə edən birgə layihənin birinci mərhələsini başa çatdırıblar.

“Seanews.az” xəbər verir ki, elmi-texniki layihənin məqsədi vaxta və vəsaitə qənaət, layihədə iştirak edən tərəflər, o cümlədən gəmiqayırma zavodları, gəmi sahibləri və təsnifat təşkilatları arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaqdan ibarət olub.

İlkin mərhələdə texnologiyanın düzgün işləməsini təmin etmək və proqram təminatını təkmilləşdirmək üçün sınaqlar aparılıb. Müayinənin səmərəliliyinin artırılması baxımından faydalı nəticələr əldə edilmişdir.