Süveyş kanalında gəmilərin hərəkəti dayandırıldı

321

Yük gəmisi ilə ponton körpüsünün toqquşması səbəbindən Süveyş kanalında gəmilərin hərəkəti dayandırılıb.

Bu barədə Misirin yerli telekanalı məlumat yayıb.

Verilən məlumata görə, toqquşma İsmayıliyyə şəhəri yaxınlığında baş verib.

Süveyş kanalının administrasiyası qəzanın nəticələrini aradan qaldırmaq üçün lazım olan hər şeyə malik olduğunu bildirib.

“İdarə xilasetmə əməliyyatlarında lazımi təcrübəyə, həmçinin potensial fövqəladə hallara peşəkarcasına cavab vermək üçün lazımi naviqasiya və texniki imkanlara malikdir”, – deyə kanalın Administrasiyasının rəhbəri bildirib.

Mənbə: gazeta.ru