İndoneziya sahillərində altı yedək gəmisi tankeri saydan çıxara bilməyib

190

İndoneziya Hərbi Dəniz Qüvvələrinin yedək gəmiləri İndoneziyanın Riau adaları yaxınlığında “MT Liberty” neft tankerini saydan çıxarmağa çalışır.

“Seanews.az” xəbər verir ki, Kamerun bayrağı altında üzən gəmi bir milyon barel Venesuela mazutunu daşıyır.

İndoneziya regional hərbi-dəniz bazasının komandiri Anro Kazanovanın verdiyi məlumata görə, tanker dekabrın 2-də saya oturub.

Zabit bildirib ki, İndoneziya Hərbi Dəniz Qüvvələrinin köməyə gələn altı yedək gəmisinin tankeri saydan çıxarmaq cəhdi səmərəsiz qalıb.